Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan musiqiçiləri Badendə konsert veriblər

17.05.2019 [10:55]

Xəbərin mətni

Mayın 16-da Avstriyanın Baden şəhərində Azərbaycan musiqiçilərinin konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Baden İncəsənət Evində baş tutub.

Tədbirdə çıxış edən Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer bildirib ki, Vyanadan cəmi 25 kilometr məsafədə yerləşən füsunkar Baden şəhəri hər zaman Vyana sakinləri, ələlxüsus da bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub.