Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan şərabları Çin bazarına daxil olur - Şanxayda tanıtım

17.05.2019 [13:41]

Xəbərin mətni

Çin Xalq Respublikasına növbəti ixrac missiyası çərçivəsində Şanxayda Azərbaycan şərabçılığına dair master-klas keçirilib.

AZƏRTAC xəbər verir ki, cari ilin fevralında Pekində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Çinin Milli Qida və Fermentasiya İnstitutu arasında imzalanan anlaşma memorandumuna əsasən, Azərbaycan şərabçılığının təşviqatı mərkəzi yaradılıb. Həmin mərkəzin təşkil etdiyi master-klasda Çinin şərabçılıq sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak edib.