CƏMİYYƏT


Azərbaycan-ABŞ arasında ticarət əlaqələrinin inkişafı müzakirə olunub

Mayın 17-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Maliyyə naziri Samir Şərifov Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu deyib.

Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bunun 530 milyon dolları ABŞ-a ixracın, 330 milyon dolları isə ölkəmizə idxalın hesabına formalaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır