İQTİSADİYYAT


Zaqatalada yaş barama istehsalının 60 tona çatdırılması planlaşdırılır

Zaqatala rayonunda baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və çox böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Yaş baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi zaqatalalı fermerlərin də bu gəlirli sahəyə marağını artırıb. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.