İQTİSADİYYAT


Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər

Qazaxıstanın paytaxtı Nur-Sultanda Türkdilli ölkələrin Ticarət və Sənaye Palatasının iclası keçirilib. Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreev, Qazaxıstanın "Atameken" Sahibkarlar Milli Palatasının idarə heyətinin sədri Ablay Mırzaxmetov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Nurlan Musuralyev və Türkiyə Ticarət və Sənaye Palatası Birliyinin sədri Rifat Hısarcıklıoğlu iştirak ediblər. İclasda ASK-ın prezidenti Məmməd Musayev bildirib ki, palatanın yaradılması türkdilli ölkələri sahibkarların fəaliyyətini əlaqələndirərək iqtisadı münasibətləri daha da genişləndirəcək.