İQTİSADİYYAT


Mərkəzi Bank maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemini təqdim edib

Mayın 17-də Mərkəzi Bankda keçirilən təqdimat mərasimində məlumat-axtarış sisteminin əhəmiyyəti və üstünlüklərindən danışılıb. Məlumat verilib ki, məlumat-axtarış sistemi Mərkəzi Bank tərəfindən ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" hədəfinin və 2018-ci il 26 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq hazırlanıb.