CƏMİYYƏT


AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb

Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində CGTN televiziyasında beş ölkənin - Çin, Azərbaycan, Koreya Respublikası, Hindistan və Malayziyanın media nümayəndələrinin aparıcılığı ilə veriliş yayımlanıb. Verilişdə Asiya xalqlarının inkişafı, sivilizasiyalararası dialoq, region ölkələrində qadınların cəmiyyətin həyatında rolu və yeri və digər mövzularda müzakirələr aparılıb.  Azərbaycanı verilişdə AZƏRTAC-in xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Vəfa Quliyeva təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır