İQTİSADİYYAT


Bu il 134,6 min tondan çox meyvə-tərəvəz ixrac edilib

Bu ilin ilk 4 ayında ölkədən 134 min 603 ton meyvə-tərəvəz ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri 149 milyon 119 min ABŞ dolları olub. Ötən ilin yanvar-aprel aylarında isə Azərbaycandan 111 milyon 131 min dollarlıq 104 min 311 ton meyvə-tərəvəz ixrac edilmişdi.