MƏDƏNİYYƏT


Çingiz Mustafayev final öncəsi azərbaycanlılara çağırış etdi

Azərbaycanın Eurovision-2019-da təmsilçisi Ç.Mustafayev dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılardan ona dəstək olmalarını və səs göndərmələrini rica edib. 

“Üç ay tez gəldi-keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi üç dəqiqəyə görədir. Bu üç dəqiqə gəlib-çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: dəstək olun, səs verin”.

İsrailin paytaxtı Təl-Əviv şəhərində sayca 64-cü “Avroviziya-2019”un finalı saat 23:00-da İTV-də birbaşa olaraq, canlı yayımlanacaq.