MƏDƏNİYYƏT


Çingiz Mustafayevin Eurovision-2019-un finalında çıxışı

Çingiz Mustafayev Eurovision-2019-un filanında 20-ci nömrə altında çıxış edib. O, Truth mahnısını ifa edib. Finala 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri çıxa bilib. 

Sosial şəbəkələrdə dünyanın hər yerindən Çingizin çıxışına reaksiyalar maraqlıdır. Bir çoxları Çingizin çıxışını bəyəndiyini, hətta onun birinciliyə də layiq olduğunu yazıblar. 

Tvitter-də də Çingizə dəstək verənlərin sayı kifayət qədərdir.  

Çingiz səhnəyə çıxmamışdan öncə Facebook səhifəsində həmin anları paylaşıb.