İQTİSADİYYAT


Bakıda problemli kreditlərin həlli müzakirə olunub

Mayın 20-də Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirir.

AZƏRTAC xəbər verir ki, konfransın məqsədi problemli kreditlərin həlli üzrə institusional mexanizmin yaradılmasına dair Koreya hökumətinin təcrübəsi, eləcə də “Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək” üçün Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmanın icrasına dair Azərbaycan təcrübəsi barədə təqdimatların keçirilməsi və müvafiq müzakirələrin aparılmasıdır.