İQTİSADİYYAT


Kiçik və orta biznesin inkişafında ictimai şuraların roluna dair müzakirələr aparılıb

Mayın 20-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda forum keçirilib. Bu formatda ilk dəfə olaraq təşkil edilən forumda müxtəlif nazirliklərin, komitə və agentliklərin yanında fəaliyyət göstərən ictimai şuraların sədrləri və üzvləri, QHT təmsilçiləri, eləcə də sahibkarlar iştirak ediblər.