MƏDƏNİYYƏT


Fransada Çingiz Abdullayevin “Şübhəsiz metamorfoz” kitabının təqdimatı olub

Fransanın Strasburq şəhərində Xalq yazıçısı Çingiz Abdullayevin “Şübhəsiz metamorfoz” kitabının təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, təqdimat çərçivəsində Xalq yazıçısının Fransadakı oxucuları ilə görüşü də keçirilib. Mərasimdə Strasburq Universitetinin professor heyəti, Avropa institutlarının əməkdaşları, yerli ictimaiyyətin təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.