SİYASƏT


İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

Romada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədrin müavini Faiq Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və hazırda bu ölkədə yaşayan 40 həmvətənlimiz iştirak edib.