CƏMİYYƏT


Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüş olub

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev dünyada baş verən xoşagəlməz hadisələrin fonunda Azərbaycandakı sabitlikdən, multikultural və tolerant mühitdən danışıb.