Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcək

22.05.2019 [18:29]

Xəbərin mətni

“Azərbaycandan 40-dan çox nümayəndə iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçilər qismində iştirak edəcək”.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanda iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunan mətbuat konfransı zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib.