CƏMİYYƏT


Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı ilə görüşüb

Fransaya işçi səfəri çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov fransalı həmkarı Didye Giyom ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə hər iki ölkədə kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasının prioritet olduğu bildirilib.

Nazir İnam Kərimov qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. O, Azərbaycanda bu sahədə yaradılan hərtərəfli şəraitdən danışıb. Bildirib ki, aqrar sahəyə yüksək dövlət dəstəyi mövcuddur. Fermerlərə güzəştlər edilir, subsidiyalar, kreditlər verilir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu aqrar siyasətin nəticəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır