MƏDƏNİYYƏT


Azərbaycanın şərqində quru ilə dənizin kəsişdiyi nöqtə - Şah Dili burnu REPORTAJ

Şah Dili burnu  həm təbii-coğrafi mövqeyinə görə unikal mənzərə və təbiət abidəsi sayılır, həm də vizual görünüşünə görə romantik bir ərazi hesab olunur. Bir rəvayətə görə, çox əvvəllər Abşeron yarımadasının burun hissəsinə yüksək mənsəbli əyanlar, o cümlədən də şahlar şikara gələrlərmiş. Ona görə də bu hissəni yerli əhali Şah dili adlandırarmış.