SİYASƏT


Tokioda Respublika Günü qeyd olunub

Tokionun “Okura” otelində Azərbaycanın dövlət bayramı 28 may - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə ölkəmizin Yaponiyadakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib. Tədbiri müvəqqəti işlər vəkili Fərid Talıbov açaraq qəbula təşrif buyurmuş qonaqlara minnətdarlığını ifadə edib. Bildirib ki, bu il ölkəmizdə Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi və müstəqilliyinin bərpasının 28 illiyi, eləcə də diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi qeyd olunur. AXC-nin 1918-1920 illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulan çoxpartiyalı ilk demokratik respublika, qadınlara bir çox Avropa dövlətlərindən əvvəl səsvermə hüququ verən ilk dünyəvi müsəlman dövlət olduğu vurğulanıb.