Azərbaycan Dövlət İnformasiya Agentliyi

Latviyada Respublika Günü qeyd olunub

27.05.2019 [19:02]

Xəbərin mətni

Ölkəmizin Latviyadakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü və diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub. Latviya və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayan qəbulda çıxış edən səfir Cavanşir Axundov Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin qədim və zəngin tarixindəki yeri və rolu barədə danışıb.