SİYASƏT


Respublika Günü Rumıniyada qeyd edilib

Azərbaycanın Rumıniyadakı səfirliyi 28 May – Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edib. Tədbirdə Rumıniya Baş Nazirinin müavini xanım Ana Birçall, Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, Rumıniya Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun sədri Viktor-Paul Dobre, dövlət qurumlarının məsul şəxsləri, parlament üzvləri, siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, burada təhsil alan və yaşayan azərbaycanlılar iştirak ediblər.