SİYASƏT


Çikaqoda ADR-ın yaranmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb

Mayın 28-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

Respublika Günü münasibətilə Çikaqonun “The Daley Center” binasında qısa tədbir proqramı keçirilib. Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri və digər yerli sakinlər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır