SİYASƏT


Moskvada Azərbaycan Günü qeyd edilib

Mayın 28-də rusiyalı siyasətçilər, mədəniyyət xadimləri və elmi ictimaiyyətin nümayəndələri ölkəmizin Moskvadakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda Azərbaycanı Respublika Günü münasibətilə təbrik etməyə gəlmişdilər.

AZƏRTAC xəbər verir ki, qonaqları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu salamlayıb. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi barədə məlumat verərək vurğulayıb ki, AXC müsəlman Şərqində demokratik prinsipləri və dəyərləri, habelə azadlıq və demokratiya ideallarını təcəssüm etdirən ilk parlament respublikası olub. Səfir xatırladıb ki, bu il Respublika Günü bayramı ilə bərabər Azərbaycanın diplomatik xidmət orqanının yaradılmasının 100 illiyi də qeyd edilir.