SİYASƏT


Vyetnamda Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Vyetnamdakı səfirliyi Hanoyda 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vyetnam Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, parlamentin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları, diplomatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Səfir Anar İmanov Respublika Gününün Azərbaycanın dövlətçilik tarixinin ən parlaq və mühüm səhifələrindən olduğunu xüsusi vurğulayaraq, 1918-ci mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul olunması ilə müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın yaradıldığını bildirib.