Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Kişineuda rəsmi qəbul keçirilib

30.05.2019 [10:50]

Xəbərin mətni

Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən Respublika Günü və Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunan rəsmi qəbul təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Moldovanın Baş Naziri Pavel Filip, digər yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, parlamentin birinci vitse-spikeri Vladimir Vityuk, deputatlar, diplomatlar, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri, bu ölkədə təhsil alan tələbələr, iş adamları və digər qonaqlar iştirak ediblər.