SİYASƏT


Pekində Azərbaycan səfirliyi üçün inşa olunacaq binanın təməli qoyulub

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi üçün paytaxt Pekində ayrılmış torpaq sahəsində inşa olunacaq binanın təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Pekinin ən yaxşı və işgüzar hissələrindən birində, ABŞ, Fransa, İsrail, Yaponiya və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi “Lianmaçiao” diplomatik zonasında inşa ediləcək bina Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biri olacaq.