RƏSMİ


Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda mərasimdə iştirak ediblər

Mayın 31-də Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda iştirak ediblər.

Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub. Xatirə lövhələrinin müəllifi Azərbaycanın Əməkdar memarı Elbay Qasımzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır