MƏDƏNİYYƏT


Tokio Olimpiadası üçün hazırlanacaq Azərbaycan kimonosunun eskizləri müzakirə olunub

Gələn il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar “Kimono layihəsi - vahid dünyanı təsəvvür edin” layihəsi çərçivəsində yarışlara qatılacaq dövlətlərin və ərazi vahidlərinin kimonoları hazırlanır.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkəmizin Yaponiyadakı səfirliyində layihənin rəhbəri Yoşimasa Takakura və digər şəxslərlə görüş keçirilib. Görüşdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının Əlaəqələndirmə Şurasının üzvü Xəlil Kələntər iştirak ediblər.