SİYASƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib

Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü və müqəddəs Ramazan ayı ilə əlaqədar tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Pakistan Prezidenti Arif Alvi və birinci xanım Samina Alvi, dövlət rəsmiləri, deputatlar, tanınmış ictimai-siyasi xadimlər, bir sıra xarici ölkələrin Pakistandakı səfirləri və diplomatlar iştirak ediblər.