MƏDƏNİYYƏT


Parisdə Azərbaycan qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş konsert olub

Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının və “Azərbaycan Evi” Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin siyasi məsələlər üzrə müşaviri Vaqif Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri də qadınlara səsvermə hüququnun verilməsidir. Cümhuriyyət dilindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verib.