Bayram günlərində Qubaya gələn turistlərin sayı ikiqat artıb
06.06.2019 [15:20]
Xəbərin mətni
Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı ikiqat artıb.
Qonaqlar arasında xeyli sayda əcnəbilər də var. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.