MƏDƏNİYYƏT


Vyanada azərbaycanlı rəssamın installasiyasının təqdimatı olub

İyunun 6-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində rəssam Elvin Nəbizadənin müəllifi olduğu “Şans” installasiyasının təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan müasir incəsənət səhnəsinin tanınan simalarından biri olan Elvin Nəbizadənin əsərinin ilk dəfə Vyanada sərgilənməsindən məmnunluq ifadə edib.