Cənub bölgəsinə turist axını artıb
07.06.2019 [16:32]
Xəbərin mətni
Ölkəmizin cənub bölgəsində fəaliyyət göstərən turizm obyektləri və istirahət mərkəzləri adətən may ayının sonları və iyun ayının əvvəllərindən etibarən daha çox turist qəbul edirlər.
AZƏRTAC xəbər verir ki, builki yay turizm mövsümü ərəfəsində cənub bölgəsində havaların isti keçməsi turizm obyektlərinə turist axınına səbəb olub. Həm turizm obyektlərində, həm də dənizkənarı çimərliklərə üz tutanların sayı ötən ilin mövsümü ilə müqayisədə xeyli artıb.