“Sarsılmaz qardaşlıq-2019” təlimində tapşırıqlar xəritə üzərində icra olunur
09.06.2019 [15:28]
“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi çərçivəsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində icra olunur.
Müdaiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, döyüş işinin və qarşılıqlı əlaqənin təşkili sualları işlənilir.