Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tehranda Azərbaycanın Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

12.06.2019 [10:56]

Xəbərin mətni

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində Respublika Gününə və diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Qəbulda İranın İqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsənd, İran-Azərbaycan parlamentlərarası işçı qrupunun rəhbəri Salman Xodadadi, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.