Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi Vaşinqtonda təntənəli şəkildə qeyd olunub
12.06.2019 [17:30]
Xəbərin mətni
Vaşinqtondakı tarixi və mötəbər “Endryu Melon Auditorium”da 28 May - Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib.
Səfir Elin Süleymanov çıxış edərək 2019-cu ildə müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünün qeyd olunduğunu, Cümhuriyyətin qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqı üçün zəngin irs və gələcəyə yönəlik arzular yaratdığını və bunun əsasında 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini vurğulayıb.