MƏDƏNİYYƏT
“Əl-Arabiyya” televiziya kanalı Azərbaycanla bağlı reportajlarını davam etdirir
Ərəb dünyasının məşhur “Əl-Arabiyya” televiziya kanalı Azərbaycanla bağlı reportajlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, budəfəki reportaj “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna həsr olunub. Reportaj "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun eksponatlarına da yer ayırıb. Qeyd edilir ki, Atəşgah məbədi Bakı şəhərindən şərqdə yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduslar və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. Bu məbəd XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib. Bakıya gəlmiş Aleksandr Düma, Dmitri Mendeleyev və digər məşhur alim və səyahətçilər bu məkana baş çəkiblər.