SİYASƏT


Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə bağlı çıxış edib. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçi sədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarla müzakirəsi baş tutub. Tədbirdə əsasən Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və regionla bağlı araşdırma aparan analitiklər iştirak ediblər. İctimaiyyət üçün açıq olan tədbirdə, həmçinin erməni lobbisinin xeyli sayda nümayəndələri iştirak edib.