SİYASƏT


Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib

İyunun 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə “Xəbərlərin gələcəyi” devizi altında keçirilən Konqresdə dünyanın 100-ə yaxın ölkəsindən 200-dək aparıcı xəbər agentliyinin rəhbərləri və nümayəndələri, media üzrə beynəlxalq ekspertlər, həmçinin nüfuzlu media qurumlarının təmsilçiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır