MƏDƏNİYYƏT


UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib

İyunun 13-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib. Məlum olduğu kimi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.