SİYASƏT


Təlimdə iştirak etmiş türkiyəli hərbçilər yola salınıb

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.