SİYASƏT


Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın faciəsi” adlı kitabının imza mərasimi olub. Kitab Litva və rus dillərində çap edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və Şaulyay “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə yüzdən çox kitab imzalanaraq sahiblərinə təqdim olunub.

Tədbirdə çıxış edən müəllif Gintaras Visotskas Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır