Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanxayda 22-ci beynəlxalq film festivalı keçirilir

16.06.2019 [15:47]

Xəbərin mətni

Tədbirin proqramına müsabiqə, sərgi, təqdimatlar, forumlar və s. daxildir. “Qızıl qədəh” mükafatı uğrunda müsabiqənin beynəlxalq münsiflər heyətinə Türkiyədən tanınmış kinorejissor Nuri Bilge Ceylan, italyan rejissor və ssenari müəllifi Polo Cenoviz və digərləri daxildir. Mükafat uğrunda 3 Çin filmi ilə yanaşı, Yaponiya, İtaliya, Almaniya, Braziliya və digər ölkələrin filmləri mübarizə aparır.

Festival çərçivəsində “Asiyanın yeni istedadları” mükafatı uğrunda müsabiqə də təşkil olunacaq.