MƏDƏNİYYƏT


Ankarada Milli Qurtuluş Gününə həsr edilən mədəniyyət və sənət gecəsi keçirilib

Ankarada 15 iyun - Milli Qurtuluş Günü və Azərbaycan-Türkiyə qardaşlığına həsr edilən mədəniyyət və sənət gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın tarixindəki yeri və rolu haqqında geniş məlumat verilib.