SİYASƏT


Əli Əhmədov: Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb

Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb. AZƏRTAC xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib. O, bildirib ki, bütün bu nailiyyətlər, eləcə də insan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər Azərbaycanın BMT-yə iyulda təqdim edəcəyi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ikinci Milli Hesabatında öz əksini tapacaq.