MƏDƏNİYYƏT


Cəlal Qurbanov: Milli birliyimiz üçün, hamı Vətən deyəcək! “Yaşa, yaşa, Azərbaycan!”da yaşayan milli ruh

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvi, nəğməkar şair Cəlal Qurbanovun “Yaşa, yaşa, Azərbaycan!” layihəsinin təqdimatının bu ilin sentyabrında reallaşacağı gözlənilir. Hazırda yaradıcı qrup həmin layihə üzərində yaradıcılıq işləri aparır.

Can vermişik canımızdan, qan vermişik qanımızdan, bu canımız sənə hər an, qurban olsun Azərbaycan!”,-deyən şairin layihəsinin uğurlu alınacağına böyük inam var. Cəlal Qurbanov “Fire Land Production" komandası və öz adından möhtəşəm layihəyə dəstək olan Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən hər zaman vətənpərvər və dövlətçilik ruhunda olan layihələrə diqqətini və dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.