ORDU


Azərbaycan Ali Hərbi Məktəbində buraxılış mərasimi keçirilib

İyunun 22-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2019-cu il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nümunəvi hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov çıxış edərək əlamətdar gün münasibətilə məzunları və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gənc zabitlərə cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayıb.