MƏDƏNİYYƏT


Xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkar

Şəkidə hamı onu xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkar kimi tanıyır. Taleyinə anadangəlmə əlillik payı düşən ikinci qrup əlil Rəhman Kamiloğlu 18 ildir ki, bədii tikmə sənətinin bu növü ilə məşğul olur. Bədii tikmə sənəti əsrlərboyu qadınların sevimli məşğuliyyət sahəsi olsa da, bu sənət xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlayıb.