Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mexikoda Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim olunub

27.06.2019 [12:15]

Xəbərin mətni

Meksikanın paytaxtı Mexiko şəhərinin məşhur və ərazisinə görə ən böyük Boskes de Çapultepek parkı və Meksikanın yeni Administrasiyası tərəfindən muzeyə çevrilmiş keçmiş Los Pinyos Prezident İqamətgahı ərazisində keçirilmiş ənənəvi “Dost Mədəniyyətləri Festivalı”nda (Feria de Las Culturas Amigas) bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, ənənələri, tarixi, milli mətbəxi, rəqsləri və sair təqdim olunub.

AZƏRTAC xəbər verir ki, festivalın təntənəli açılış mərasimində Mexiko şəhəri Hökumətinin başçısı (şəhərin meri) Klaudiya Şeynbaum, Mexiko şəhəri Hökuməti və qanunverici orqanının üzvləri, Meksikada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri və KİV nümayəndələri iştirak edib. Ölkəmizi tədbirdə Meksikada səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.