MƏDƏNİYYƏT


UNESCO-nun baş direktoru Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub

Azərbaycanda səfərdə olan UNESCO-nun baş direktoru xanım Odre Azule iyunun 30-da Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.
Məlumat verilib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar.